image-2000x150px
image-123
image-ads_atlas
image-17197355363795318515_1200x630backend

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

image-728x90px

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib.

AZƏRTAC xəbər verir ki, nazir 1-3 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək Yaşıl Enerji Keçidi Konqresi və Sərgisində iştirak edəcək.

Tədbir çərçivəsində energetika nazirinin “İnkişaf etməkdə olan iqtisadiyyatların iqlim hüquqları: COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair fikirlər” adlı sessiyada çıxışı, “Enerji keçidi üzrə davamlı beynəlxalq fəaliyyətlər” adlı panel müzakirələrdə iştirakı, eləcə də ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Yaşıl Enerji Keçidi Konqresi müxtəlif ölkələrdən, təşkilat və şirkətlərdən iştirakçıların bir araya gəldiyi və enerji keçidinin sürətləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı platformadır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki