image-2000x150px
image-w_1616274593252798651478_1000x669backend

Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb – FOTO

image-728x90px

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Pakistan parlamentinin sədri Qarabağ zəfəri münasibətilə təbriklərini çatdırıb. Ə.Qeysər bildirib:

“Azərbaycanı dəstəkləmək bizim üçün qürurvericidir. İnanırıq ki, bizim əlaqələrimiz gələcəkdə daha möhkəm və sıx olacaq. Bakı Bəyannaməsi bizim bir çox sahədə münasibətlərimizin inkişafına yeni yol açdı. Bizim xüsusilə təhsil və enerji sahələrində yeniliklər edəcəyimizə inanıram. Azərbaycan hər zaman bizə doğma ölkə olub və bu, hər zaman belə olacaq”.

Nazir Ceyhun Bayramov qeyd edib ki, Bəyannamənin imzalanmasından sonra əlaqələrimiz də yeni mərhələyə başlayır. Tamamilə əminik ki, İslamabad və Bakı bəyannamələri əlaqələrimizi daha da möhkəmləndirəcək. Azərbaycan Pakistanın dəstəyini daim hiss edir və bu, qürurvericidir. Pakistan Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə mənəvi köməyini göstərdi.

DOĞRU.AZ 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki