image-2000x150px
image-123
image-ads_atlas
image-1420349backend

Azərbaycanla Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

image-728x90px

Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyətinin iştirak etdiyi Serbiya  Respublikasının Belqrad  şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisi davam edir.

MSN-dən Doğru.az-a verilən məlumata görə, sərginin ikinci günündə Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə açılış mərasimi baş tutub.

Açılış mərasimindən sonra müdafiə sənayesi naziri Mədət Quliyev “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri Yuqoslav Petkoviçlə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qeyd edək ki, “Partner-2021” Silah və Hərbi Texnika Sərgisi iki ildən bir Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və s. nümayiş etdirilir.

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi oktyabrın 14-dək davam edəcək.

DOĞRU.AZ

image-fb_img_1634065239799 image-fb_img_1634065222360 image-fb_img_1634065224619image-fb_img_1634066343435 image-fb_img_1634066345837 image-fb_img_1634065207395

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki