image-2000x150px
image-comp-versiya
image-img-20210610-wa0094backend

Azərbaycanlı Norveçdə məhkəmə hakimi seçildi

image-728x90px

“Oslo Azərbaycan Evi”nin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və Mədəniyyəti Məktəbinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev ölkənin Borqartinq Apellyasiya Məhkəməsinin kollegial hakimi seçilib.

Bu seçki müddəti 2021–2024-çü illəri əhatə edəcək. Həmyerlimiz artıq kollegial hakim kimi ilk məhkəmə işində vəzifəsini icra edib.
Norveçdə 6 Apellyasiya Məhkəməsi fəaliyyət göstərir. Borqartinq Apellyasiya Məhkəməsi onların ən böyüyü hesab olunur. Bu məhkəmənin yurisdiksiyası ölkənin paytaxtı Osloya, Buskerud, Estfoll quberniyalarına və Akersxusun çənub hissəsinə aiddir. Məhkəmə proseslərində iştirak edən 7 kollegial hakim qərarların verilməsində bərabər hüquqa və səs haqqına malikdir.

Qeyd edək ki, Ramil Ənvər oğlu Əliyev 1978-ci ilin 14 fevral tarixində Bakı şəhərində anadan olub. Bakıdakı Xəzər Univeristetində, Misirdəki Qahirə Universitetində, Norveç Krallığında Tromso və Oslo Universitetlərində bakalavr və hüquq üzrə master dərəcəsini alıb. Azərbaycan diaspor hərəkatının gənc və fəal liderlərindən biridir. Norveçdə “NAYO”nun, “Oslo Azərbaycan Evi”nin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və Mədəniyyəti Məktəbinin təsisçisidir.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq soydaşımızı təbrik edir və hakimlik fəaliyyətində uğurlar arzulayırıq.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki