image-n1karobka_ads
image-123
image-17513474895113745263_1200x630backend

“Azəriqaz” İB rəhbərliyi Şabranda sakinlərin müraciətlərini dinləyəcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Şabran rayonunda vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

“Azəriqaz” İB-dən Doğru.az-a bildirilib ki, görüş zamanı Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşlara bildiririk ki, qəbul zamanı ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki