image-n1karobka_ads
image-123
image-3c1abbad8db013c9fe344ebde3acad071739275954backend

Azərşəkər rəhbərinə cinayət işi açıldı – FOTO

image-ad_qayo_720x110px

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.

Qafqazinfo.az xəbər verir ki, Mehdiyev xüsusilə külli miqdarda – 500 min manatdan çox – mənimsəmədə ittiham olunur.

A. Mehdiyev barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri tətbiq edilməyib; o, polisin nəzarəti altına verilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqın təfərrüatları barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib. O, həmçinin nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. “Azərşəkər”lə birlikdə “Dastan Agro” hazırki cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.

DOĞRU.AZ 

image-anarrr

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki