image-n1karobka_ads
image-123
image-17177636915649240817_1200x630backend

Bahar Muradova Oğuzda vətəndaşların müraciətlərini dinləyib – FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Oğuzda vətəndaşlarla görüşüb.

Dövlət komitəsinin mətbuat xidmətindən Doğru.az-a bildiriblər ki, görüş zamanı Oğuz, Qəbələ və Şəki rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Dövlət Komitəsinin aparat və aidiyyəti struktur bölmə rəhbərlərinin də iştirak etdikləri görüşdə ailənin sosial müdafiəsi, uşaqla ünsiyyət, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaş müraciətlərinə baxılıb.

Komitənin səlahiyyət dairəsinə aid müraciətlər dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq icraata götürülüb.

DOĞRU.AZ

image-17177636912298950654_1200x630 image-17177636916327930039_1200x630 image-17177636915185310838_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki