image-2000x150px
image-123
image-ads_atlas
image-516f55ce051a737ca57c5d90c1afc31b_6backend

Bakcell”ə qarşı qalmaqallı ittiham: abonentdən ciddi iddia – FOTO

image-728x90px

Bu gün Araz Babayev adlı “Bakcell” abunəçisi adıçəkilən mobil operator tərəfindən aldadıldığını iddia edib.

Operativ24.az-a müraciət edən Bakı sakini şikayətində bildirib ki, 10 ilə yaxındır “Bakcell” nömrəsi işlədir və artıq neçə müddətdir, şirkət tərəfindən hüquqları pozulur.
“Son vaxtlar şirkət balansımdan süni şəkildə pul çıxır, bir ismarıcın dəyəri 7-8-9 qəpik olur. Ölkədaxili nömrədə 15 qəpik balansım olmasına baxmayaraq “Bakcell”dən bir ismarıc belə göndərə bilmirəm. Əvəzində bütün qəpiklər balansımdan silinir. Söhbət qəpikdən getmir, çünki o qəpikləri də öz hesabıma alıram. Mən cibimdəki hər qəpiyə hörmət edirəm.
Bəlkə mən ölürəm, bəlkə elə bir yerə düşmüşəm ki, mənim həyatım o 15 qəpiyin ümidinə qalıb. Bəlkə itkin düşmüşəm, o mesajı göndərə bilsəydim, yerimi bilən olardı…
Mərifət bir tək insanda yox, insanları bir yerə toplayan şirkətdə də olur. Mərifətiniz, qanacağınız olsun bir tikə…”
A.Babayev bunu şəxsi facebook hesabında yazaraq “Bakcell”in işarələsə də mobil operator məsələyə münasibət bildirməyib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki