image-ads_n1karobka_mobile
image-1718091894304562959_1200x630backend

Bakı-Ələt-Qazax yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

image-add-a-heading

M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu kilometrində (Qaradağ rayonu ərazisi, DYP postu yaxınlığında) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işləri ilə əlaqədar iyunun 11-dən 12-nə keçən gecə yolun üzərində metal konstruksiya işləri görüləcəyi üçün (təhlükəsizliyin təmin edilməsi məqsədilə) nəqliyyat vasitələrinin hərəkəti 15-20 dəqiqə müddətində məhdudlaşdırılacaq.

Bu barədə Doğru.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd edilən müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki