image-n1karobka_ads
image-123
image-17537719892878252352_1200x630backend

Bakı metrosunda fövqəladə hallar üzrə təlim keçirilib – FOTO

image-ad_qayo_720x110px

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim təşkil ediblər.

Doğru.az xəbər verir ki, təlimdə “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları arası tuneldə 380 voltluq yol qutusunda yanğın baş verməsi barədə “112” qaynar xəttinə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə və Yanğın Nəzarəti xidmətləri ilə Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Metropoliten əməkdaşları stansiyaları bağlayıb, tuneldə işıqlandırmanı təmin edib, yanğına ilkin müdaxilə göstəriblər. FHN-in mobil yanğın-xilasetmə qrupları operativ şəkildə kəşfiyyat aparıb, yanğını söndürüb, zərərçəkmişlərə ilkin tibbi yardım göstərərək təxliyə ediblər.

Təlimdən sonra FHN və metropoliten əməkdaşları fövqəladə hallar zamanı birgə fəaliyyət, xilasetmə işləri və təhlükəsizlik qaydaları barədə fikir mübadiləsi aparıblar.

Təlimdə 56 nəfər şəxsi heyət və 8 texnika iştirak edib.

DOĞRU.AZ

image-17537719893813717377_1200x630image-17537719894817417961_1200x630 image-175377198971431187_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki