image-n1karobka_ads
image-123
image-17611175543472657837_1200x630backend

Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb

image-ad_qayo_720x110px

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 7 kiloqram 930 qram narkotik vasitə və 6 min ədəd psixotrop tərkibli həbin satışının qarşısı alınıb.

Doğru.az xəbər verir ki, Qaradağ rayonu ərazisində keçirilən əməliyyat nəticəsində ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb. Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4 min ədəd metadon həbi aşkarlanıb.

Həmçinin, M.Quliyevin idarə etdiyi “Mercedes” markalı iritutumlu yük avtomobilinin salonunda xüsusi hazırlanmış gizli saxlanc yerindən əlavə 2 kiloqram 260 qram marixuana və 2 min ədəd metadon həbi götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, M.Quliyev aşkar olunan narkotikləri İranın Aslandüz şəhərində “İkram” adlı şəxsdən əldə edərək Biləsuvar rayonu istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib. Həbs edilən M.Quliyevin narkoşəbəkəsinin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki