image-ads_n1karobka_mobile
image-17644096604808834058_1200x630backend

Bakıda 2,44 milyon manatlıq qızılın qanunsuz keçirilməsinin qarşısı alındı – FOTO

image-add-a-heading

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat-axtarış tədbirləri zamanı külli miqdarda qızıl məmulatlarının qanunsuz keçirilməsinə cəhdin qarşısı alınıb.

Doğru.az xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərində gömrük yoxlaması zamanı ümumi çəkisi 10,883 kiloqram və dəyəri 2,44 milyon manat olan qızıl məmulatlar və 3 karatlıq brilyant aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq Dubay-İstanbul-Bakı marşrutu ilə gətirilmiş qızılların izinin müəyyən edilməsi və məsul şəxslərin cəzalandırılması istiqamətində davam edir.

DOĞRU.AZ

image-17644096602063339909_1200x630 image-17644096605257553731_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki