image-n1karobka_ads
image-uaudrohwdudw2lqrbyxaidqacjh2kddqesmqteqr_1200backend

Bakıda ağır qəza: ölən var

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Apa.az xəbər verir ki, “Isuzu” markalı yük avtomobili piyada keçidindən keçməyə çalışan şəxsi vurub. Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, yük avtomobili “Bravo” marketlər şəbəkəsinə məxsusdur. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki