Bakıda keçirilən 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb.
Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin müxtəlif idarələrində, eləcə də Milli Müdafiə Universitetində təşkil olunan görüşlərdə iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
İclas zamanı tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, kadr hazırlığı və qarşılıqlı fəaliyyətin genişləndirilməsi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Eyni zamanda, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması və gələcək fəaliyyət planlarının razılaşdırılması diqqət mərkəzində olub.
Alt İşçi Qrupların sədrlərinin iclasın yekunları ilə bağlı məruzələri dinlənildikdən sonra həmsədrlər tərəfindən iclasın ümumi protokolu imzalanıb.
DOĞRU.AZ





























