image-2000x150px
image-123
image-ads_atlas
image-mehkemebackend

Bakıda qanunsuz dərman satan Türkiyə vətəndaşı ilə bağlı məhkəmə qərar çıxardı

image-728x90px

Bakı Apellyasiya Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Türkiyə vətəndaşı Emrah Özcanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 800 manat məbləğində cərimə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə dair müddəalar xaric olunub.

İttihama görə, Türkiyə vətəndaşı Emrah Özcan həmyerliləri olan digər iki şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. Bu məqsədlə təqsirləndirilən şəxs qrupun digər üzvü “Eyyüp” adlı şəxsin vasitəsilə Türkiyədən istintaqa məlum olmayan şəraitdə Azərbaycan ərazisinə satış məqsədilə idxal etdiyi qeydiyyatdan keçirilməmiş 9 250 manat dəyərində 5 qutu “Tesentriq” və 2 300 manat dəyərində 2 qutu “Perjeta” adlı dərman preparatını naməlum vaxtda və şəraitdə, həmçinin “Eyyüp” adlı şəxsin tapşırığı ilə Hasan (şərti) tərəfindən 24 mart 2023-cü il tarixində Türkiyədən özü istifadə etmək adı ilə gömrük nəzarətindən keçirilərək satış məqsədilə ölkəyə idxal edilən bir qutunun qiyməti 850 manat olan 20 qutu “Opdivo 100mq/10ml” adlı dərman preparatını satış məqsədilə əldə edib. O, 24 mart 2023-cü il tarixində Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “Merida” adlı hotelin qarşısında həmin “Opdivo 100mq/10ml” adlı dərman preparatından iki qutunu 1000 manata zərərçəkmiş V.V.-yə (şərti), 4 ədədini isə təkrarən istintaqa məlum olmayan digər şəxslərə, eləcə də həmin tarixdə 2 qutu “Perjeta” adlı dərman preparatını 1800 manata zərərçəkmiş V.V.-yə təkrar satıb. Daha sonra Emrah Özcan 14 qutu “Opdivo” və 5 qutu “Tesentriq” adlı dərman preparatlarını isə müvəqqəti qaldığı “Merida” hotelin otağında qanunsuz olaraq satış məqsədilə saxlayıb. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 mart 2023-cü il tarixdə, saat 13:05-də həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxs icazəsi və iştirakları ilə həmin hotelin otağında sözügedən dərmanlar olmaqla ümumilikdə külli miqdarda 21 150 manat dəyərində dərman vasitələri aşkar edilərək götürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki