image-2000x150px
image-123
image-ads_atlas
image-427051272backend

Bakıda qəsəbələrarası yeni marşrut xətti təşkil edildi – RƏSMİ

image-728x90px

Dovlət başçısının Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına dair tapşırığının icrası istiqamətində işlər davam etdirilir. Bu çərçivədə 177 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Doğru.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, yeni marşrut xətti “Pirşağı” dəmiryol satnsiyasını, Kürdəxanı qəsəbəsi, “Ləhic bağları” və Nardaran qəsəbəsindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.

Yeni xəttinin təşkili sayəsində Nardaran qəsəbəsi, “Ləhic bağları” adlanan ərazidə məskunlaşan əhali müntəzəm marşrutla təmin ediləcək. Bununla da sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəsisələrinə, iaşə obyektlərinə, habelə yay müvsümü ərzində bağlara, çimərliklərə, istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.

Yeni xətt üzrə avtobuslar 12.07.2021-ci il tarixindən fəaliyyət göstərəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki