Doğru.az xəbər verir ki, Bakıda saxlanılan 8 Rusiya vətəndaşı barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bundan əvvəl məhkəmə Sputnik Azərbaycan-ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovu da 4 ay müddətinə həbs etmişdi.
Qeyd edək ki, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik”in Bakı ofisində əməliyyat keçirmiş, nəticədə redaksiya rəhbəri və baş redaktor saxlanılmışdı.
Məlumat mənbəyi: APA Agentliyi