image-n1karobka_ads
image-123
image-1308bae9-999b-4e9c-ba70-33341cbcec1cbackend

Bakıda səkiləri daraldıb parkinq yaratdılar – AÇIQLAMA+FOTOLAR

Bakının Nizami rayonunda C.Naxçıvani və B.Çobanzadə küçələrinin kəsişməsində bəzi obyekt sahibləri tərəfindən piyada səkilərinin zəbt edilməsi  halları qeydə alınıb.

Bu barədə “Doğru.az“-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib.

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda – Xudu Məmmədov küçəsində qeydə alınıb.

Qeyd edilib ki, səkilərin zəbt olunması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri addımlar atılacaq. Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq.

DOĞRU.AZ 







image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki