image-2000x150px
image-123
image-ads_atlas
image-tixacbackend

Bakıda sıxlıq olan yolların siyahısı AÇIQLANDI

image-728x90px

Bakının bir sıra əsas və mərkəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Doğru.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı – Sumqayıt şosesinin Xırdalan  dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində, Binəqədi şosesinin əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə edilir.

Bununla yanaşı paytaxtın Qara Qarayev prospektində “Koroğlu” metro stansiyası istiqamətində, Zabrat şosesində Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısından Heydər Əliyev prospekti istiqamətinə qədər, Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospekti, köməkçi yol istiqamətində, Yavər Əliyev küçəsindən aeroport şossesinə çıxan yol və Həsən bəy Zərdabi prospektində – 20 Yanvar dairəsinə düşən hissəsində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki