image-n1karobka_ads
image-123
image-e736b038-1cc6-3aa5-9b8e-b0497aaeb0c2_850backend

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədovun məhkəməsi başlayır.

Cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyulunda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

İttihama görə, 1978-ci il təvəllüdlü Sahil Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanı qətlə yetirib.

S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki