image-ads_n1karobka_mobile
image-1774626337_1774625216backend

İki nəfərin boğulub öldüyü tuneli yenə su basdı

image-add-a-heading

Paytaxtda müşahidə olunan güclü yağışlar səbəbindən Sabunçu rayonu ərazisində nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq edilib.

Sfera.az xəbər verir ki, rayonun Asəf Əsədullayev küçəsində yerləşən tunel təhlükəsizlik məqsədilə hərəkət üçün tam bağlanıb.

Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında yağan şiddətli yağışlar zamanı həmin tunelə su dolması nəticəsində iki nəfər boğularaq ölmüşdü.

Qeyd edək ki, bu gün Bakıya yağan güclü yağışlar nəticəsində “Sabunçu keçidi” adlanan ərazini yenə su basıb.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki