Bizimyol.info günlük bürcləri təqdim edir:
Qoç
İtkilərdən və səhvlərdən qaça biləcəksiniz, əgər hadisələrə real baxsanız və öz imkanlarınızı şişirtməsəniz. Tələsik qərarlar verməyə dəyməz, xüsusən də söhbət iş və maliyyədən gedirsə. Xırda şeylərə diqqətli olun, əhəmiyyətsiz görünən detalları görməyə çalışın: istisna deyil ki, sonradan onlar mühüm rol oynasın.
Ünsiyyətdə seçicilik və ehtiyat vacibdir. Bu gün ətrafınızda xüsusilə çox şübhəli insanlar olacaq və onlarla nə sirlərinizi, nə də başqa vacib məlumatları bölüşmək düzgün olmazdı. Hər hansı ciddi işdə köməyə ehtiyac yaranarsa, daha yaxşısı yaxınlarınıza müraciət edin.
Buğa
Günün birinci yarısında sağlam düşüncə ilə hərəkət etmək sizə o qədər də asan olmayacaq: ətrafda həddindən artıq çox cazibə və vəsvəsə olacaq. Bir çox Buğalar ani istəklərinin təsiri ilə hərəkət etmək, öhdəliklərini unutmaq istəyəcəklər. İşlərə diqqəti cəmləmək çətin olacaq, siz adət etdiyinizdən daha tez-tez yayınacaqsınız, amma buna baxmayaraq ciddi səhvlərdən qaçmaq mümkün olacaq.
Günün ikinci yarısı daha məhsuldar keçəcək: əvvəllər başladığınız işləri tamamlayacaq, çətin tapşırıqların həllinin öhdəsindən uğurla gələcəksiniz. Köhnə münaqişələrin nizamlanması, həmçinin gəlirlərinizi artırmağa və ya karyera pilləsində yüksəlməyə kömək edəcək məlumatların alınması mümkündür.
Əkizlər
Bəzən çətin olacaq, amma yenə də ulduzların dəstəyinə arxalana bilərsiniz. Bir çox iş məsələlərinin həllində intuisiya sizə kömək edəcək. Onun sayəsində qeyri-müəyyən vəziyyətlərdə tez istiqamətlənəcək və kimsə sizi çaşdırmağa çalışsa belə, xoşagəlməz səhvlərə yol verməyəcəksiniz. Fərqli insanlarla yola getmək, hətta maraqları sizinkindən çox fərqlənənlərlə razılığa gəlmək bacarığı faydalı olacaq.
Xoş tanışlıqlar istisna deyil. Onlardan biri romantik münasibətin başlanğıcı ola bilər. Amma çalışın başınızı itirməyəsiniz və hadisələri tələsdirməyəsiniz. İndi sağlam düşüncə ilə hərəkət etmək vacibdir.
Xərçəng
Ulduzların dəstəyinə arxalana bilərsiniz. Yolunuzda maneələr yarana bilər, amma siz onları tez aşmağın yolunu tapacaqsınız. İş layihələrindəki müvəqqəti gecikmələrə fəlsəfi yanaşmağa çalışın: onlar planlarınıza heç cür təsir etməyəcək və başladığınız işi başa çatdırmağa mane olmayacaq. Sizi ruhlandıracaq, daha müsbət əhval-ruhiyyəyə kökləyəcək yaxşı xəbərlər ehtimal olunur.
Xoş görüşlər, həmçinin qarşınızda yeni peşə imkanları açacaq tanışlıqlar mümkündür. Öz gücünüzə inanın və müsbət əhvalı qoruyun: başlanğıclarınızın uğuru böyük ölçüdə məhz bundan asılı olacaq.
Şir
Günün başlanğıcı sizi məyus edə bilər: bu vaxt işlərdə gecikmələr, gözlənilməz çətinliklər, fikir ayrılıqları və mübahisələr mümkündür. Zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək və siz kifayət qədər israrlı olsanız, nəzərəçarpacaq irəliləyiş əldə edə biləcəksiniz. Son vaxtlar düzgün yol seçib-seçmədiyinə şübhə edən və işini dəyişməli olub-olmadığını düşünən Şirlərin karyera pilləsində yüksəlmək şansı yaranacaq.
Günün ikinci yarısı da uğurlu olacaq, mühiti dəyişmək, yeni yerlərdə olmaq və ya ünsiyyət dairəsini genişləndirmək qərarına gələnlərə çoxlu müsbət emosiyalar bəxş edəcək. Bu vaxt alış-veriş üçün də faydalı olacaq: yaxşı əşyaları artıq pul ödəmədən almaq şansı yaranacaq.
Qız
Hər şey sizə asan başa gəlməyəcək. Bu gün xüsusilə özünüzü ələ almaq, təxribatlara uymamaq və mübahisələrdən qaçmaq vacibdir. Əgər işdə və ya evdə ciddi qarşıdurma yaransa, münasibətləri qaydaya salmaq çətin olacaq və hətta xırda inciklikləri də sizə uzun müddət xatırladacaqlar. İstisna deyil ki, başqalarının problemlərinin həllinə diqqət yetirmək üçün öz işlərinizi təxirə salmalı olacaqsınız.
Yaxınlarınıza qarşı xüsusilə səbirli olmağa çalışın, onların zəif cəhətlərinə anlayışla yanaşın. Əgər onların dəstəyini ala bilsəniz, özünüzü xeyli yaxşı hiss edəcəksiniz.
Tərəzi
Gün mütləq hansısa qeyri-adi hadisələr gətirəcək. Bu gün işlərdə təşəbbüs göstərmək, yeni bir işə başlamaq üçün uyğundur. İstisna deyil ki, başqalarının öhdəsindən gələ bilmədiyi işlərdə siz uğur qazanacaqsınız. Amma çətin ki, kimsə sizin qələbələrinizə paxıllıq etsin, çünki hamıya aydın olacaq ki, bu uğurları siz xeyli səy göstərərək qazanmısınız.
Günün ikinci yarısında qeyri-adi görüşlər ehtimal olunur. Vaxtilə birlikdə işlədiyiniz və ya yaradıcı layihələrdə iştirak etdiyiniz insanlar yenidən özlərini xatırlada bilərlər. Bəzi Tərəzilər çox cəlbedici əməkdaşlıq təklifləri alacaqlar.
Əqrəb
Günün başlanğıcı çətin ola bilər, xüsusən də bu vaxta vacib görüşlər, ictimai çıxışlar və ya peşəkar tədbirlərə qatılma planlaşdıranlar üçün. Özünüzü necə aparmağın daha yaxşı olacağı dərhal aydın olmayacaq və xoşagəlməz səhvlər etmək riski var. Üstəlik, bir çox Əqrəblər üçün emosiyalarını nəzarətdə saxlamaq çətin olacaq, belə bürc nümayəndələri sonradan peşman olacaqları sözlər deyə və ya hərəkətlər edə bilərlər.
Amma tezliklə müsbət meyllərin təsiri güclənəcək, siz özünüzü xeyli daha inamlı və sərbəst hiss edəcəksiniz. Günün ikinci yarısı həm də çox yerinə düşəcək pul daxilolmaları ilə sevindirəcək.
Oxatan
Sizi ən asan günlərdən biri gözləmir, amma bütün sınaqların öhdəsindən gələcəyinizə şübhə yoxdur. Bir çox iş ciddi yanaşma tələb edəcək, onlara yüngül yanaşmaq və hər şeyin öz-özünə uğurla alınacağına bel bağlamaq olmaz. Qələbə qazanmaq üçün xeyli çalışmalı olacaqsınız. Bunu unutmasanız, əla nəticələr əldə edəcəksiniz.
Tələsik qərar verməyənlər maliyyə itkilərindən qaça biləcəklər. Söhbət kiçik məbləğdən getsə belə, hər şeyi bir daha düşünüb ölçüb-biçmək daha yaxşıdır.
Oğlaq
Sizi böyük qələbələr vəd edən çox uğurlu bir gün gözləyir. Enerji axını hiss edəcəksiniz və bu enerji əvvəllər alınmayan işlərin öhdəsindən gəlmək üçün kifayət edəcək. İşgüzar danışıqlar məhsuldar keçəcək, ehtiyac yaranarsa yeni müttəfiqlər və köməkçilər tapacaqsınız.
Günün ikinci yarısında ünsiyyətdə seçici olmaq, şübhəli insanlarla təmaslardan qaçmaq lazımdır. Bəzi Oğlaqlar tək qalmaq istəyəcəklər. İstisna deyil ki, ilham gəlsin və yaxın zamanda həyata keçirə biləcəyiniz çox yaxşı ideyalar yaransın.
Dolça
İşlə bağlı söhbətlər, əməkdaşlıq şərtlərinin müzakirəsi və ümumiyyətlə ünsiyyət üçün əla gündür. Həmçinin bəzi məişət məsələlərinə və şəxsi işlərə də toxunmaq, yaxınların dəstəyini qazanmaq olar. Nə planlaşdırmağınızdan asılı olmayaraq, köməkçiləri tez tapacağınıza şübhə etməyin.
Günün ikinci yarısı son vaxtlar sizi düşündürən suallara cavab almağa və indi nəyə diqqət ayıracağınızı, nəyi isə daha uyğun zamana saxlayacağınızı müəyyənləşdirməyə imkan verəcək. Bəzi Dolçalar köhnə səhvlərin təkrarlanmaması üçün davranışlarını necə dəyişməli olduqlarını anlayacaqlar.
Balıq
Gün narahat keçəcək və çoxlu həyəcan gətirəcək. Baş verənləri həddindən artıq kəskin qəbul edəcəksiniz, əhəmiyyətsiz hallara görə də narahat ola, adi vaxtdan daha çox dəstəyə ehtiyac duya bilərsiniz. Peşəkar fikir ayrılıqları, həmkarlarla mübahisələr istisna deyil. Xoş münasibəti qorumağa çalışın, indi açıq qarşıdurmadan qaçmaq vacibdir.
Günün ikinci yarısı birincidən daha uğurlu keçəcək. Sürprizlər, hədiyyələr və diqqət nişanələri mümkündür. Bəzi Balıqlar sərfəli alış-veriş edə və ya pulu gələcək vəd edən bir layihəyə yatırmağı bacaracaqlar.


























