image-ads_n1karobka_mobile
image-img_3201backend

Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi – FOTO/VİDEO

image-add-a-heading

Əməkdar artist Manana Caparidze yaradıcılığında növbəti uğurlu layihəsini təqdim edib.

Doğru.az xəbər verir ki, sevilən sənətçi mərhum qarmon ustası, Xalq artisti Aftandil İsrafilovun əfsanəvi Basqalı rəqsi əsərinə öz ifası ilə yeni nəfəs gətirib.

Musiqisi Aftandil İsrafilova məxsus olan əsərin sözləri Manananın özünə aiddir. Layihənin redaktoru Leyli, aranjımanı isə Taleh Ağayev tərəfindən hazırlanıb. Gitara partiyasını Mehdi Məmmədov, bas gitaranı Saleh Məmmədov ifa edib. Nağarada Abbas Səfərov, cajonda Fariz Fərzullayev, qarmonda isə Ramin Hüseynov yer alıb. Mix və masterinq Oleq Naumov tərəfindən həyata keçirilib.

Qeyd edək ki, “Basqalı rəqsi” ilk dəfə Azərbaycan dilində məhz Manananın ifasında səslənərək mahnıya çevrilib və Basqalım mənim adını alıb.

Sənətçi bildirib ki, əsərin mahnıya çevrilməsi mərhum sənətkarla illər əvvəl baş tutan səmimi görüşdən sonra onun xahişi və xeyir-duası ilə mümkün olub. Layihəyə ustadın ailəsi, xüsusilə qızı Həcər İsrafilova da dəstək verib.

Artıq “Basqalım mənim” bütün radio və rəqəmsal platformalarda dinləyicilərə təqdim olunub.

DOĞRU.AZ

image-img_3200 image-img_3199


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki