Dağıstanın paytaxtı Mahaçqala güclü yağışların yaratdığı daşqınlarla üz-üzə qalıb.
Doğru.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, aramsız yağan yağışlar nəticəsində şəhərin küçələri və yaşayış məntəqələri su altında qalıb. Mahaçqala administrasiyasının açıqlamasına görə, MBU TsODD əməkdaşları yağış səbəbindən yollarda ilişib qalan nəqliyyat vasitələrinin təxliyəsinə kömək edir.
Məlumata əsasən, daşqınlar səbəbindən 80-dən çox sakin təhlükəsiz ərazilərə köçürülüb. Güclü yağıntıların yaratdığı vəziyyətlə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edilib.
DOĞRU.AZ


























