Naftalan şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Apa.az xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ


























