image-n1karobka_ads
image-123
image-bpi7y58gbj8ualwchk2vjlqimct6tl4uvhxnrpzh_1200backend

Leyla Əliyeva Adva Zəfər Muzeyini ziyarət edib – FOTO

image-add-a-heading

Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində olub.

AZƏRTAC xəbər verir ki, Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözügedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub.

Memorialın girişində imperator II Menelik və imperatriçə Taytu Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın heykəlləri ucaldılıb.

Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri ilə yanaşı, həmin dövrə aid nadir artefaktlar – qalxanlar, qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə, amfiteatr, kitabxanalar və gənclər mərkəzləri də daxildir.

Leyla Əliyeva Əddis-Əbəbənin ən böyük istirahət məkanı olan “Dostluq” Parkını da ziyarət edib.

Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi ətrafda sehrli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədaları altında rəqs edən su damlaları, musiqinin akkordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.

DOĞRU.AZ

image-v7x7skwjshwtae3gurnsvnvnlo09udzjz9vv1ncl_640 image-qb2oqu3r9lxolb1rqybsmrht8c4imsyajmfy0gvu_640 image-hr1uu3vw2civuyl22qtmelvgs9qtdjdoheinckgk_640 image-p77moolmnxmpnsc4ev717mbjf202qjraazfqzvsp_640 image-acdp8ouzscptxh5coz3yh6mmcvavjdapaig79akh_640 image-8hwlplmdf70ifroq4zbcs2sp8dsmgzdfspiqaalq_640 image-wb2nkulpyftahqoebsm7hcu0fkbdpvlmnxa2xmlr_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki