Qafqaz əsilli azərbaycanlı idmançı Rəşad Hacızadə grappling növü üzrə klublar arasında keçirilən Balkan çempionatının qalibi olub.
Doğru.az xəbər verir ki, 2026-cı ildə keçirilən Balkan Grappling Çempionatında çıxış edən idmançı yüksək performans nümayiş etdirərək rəqibləri üzərində üstünlük qazanıb.
Turnir boyunca grappling texnikalarını uğurla tətbiq edən Rəşad Hacızadə fiziki dözümlülüyü, texniki hazırlığı və mat üzərindəki intizamı ilə diqqət çəkib. O, final qarşılaşmasını qazanaraq klublar arasında Balkan çempionu adına layiq görülüb.
Grappling karyerasını uğurla davam etdirən idmançı gələcəkdə Balkanlar və digər beynəlxalq turnirlərdə də iştirak edərək yeni nailiyyətlər qazanmağı hədəfləyir.
DOĞRU.AZ


























