image-2000x150px
image-123
image-ads_atlas
image-lj2zxphovyj4f1tgqmu6mbm1ud1t70dvgfnw2a9u_640backend

Bakının ən dik yollarından biri ləğv olunur

image-728x90px

Bakının Yasamal rayonunda Tövbə məscidinin (Nəriman Nərimanov abidəsinin aşağısı) yaxınlığında yerləşən Süleyman Tağızadə küçəsində hərəkət sxeminin dəyişdirilməsi işləri aparılır.

Bu barədə Caliber.az-a Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, xüsusilə, avtomobillərin nasazlığına səbəb olan dik yoxuşun (sürücülərin keçmiş Avropa liseyinin binası və məscidi keçərək N.Nərimanov abidəsinə çıxdıqları yol) əvəzinə dolayı yol inşa edilir.

Yeni yol məscid binasından yan tərəfə, Mərkəzi parka doğru uzanacaq və Nəriman Nərimanov prospektinə (keçmiş Sovetski küçəsi) çəpinə çıxacaq.

İşlər Mərkəzi parkın ərazisinin genişləndirilməsi (Təzə pir məscidinin yuxarısındakı sahə hesabına) və ətraf ərazinin abadlaşdırılması çərçivəsində növbəti mərhələ kimi həyata keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki