Balıq istehlakı ürək-damar xəstəlikləri riskini azaldır, xolesterol səviyyəsini normallaşdırır və beyin fəaliyyətini yaxşılaşdırır.
Doğru.az xəbər verir ki, mütəxəssislər balığın omega-3 yağ turşuları, protein və vitaminlərlə zəngin olduğunu, immuniteti möhkəmləndirdiyini və uzunömürlülüyü dəstəklədiyini bildirir.
Həmçinin balıq əzələ inkişafına, görmə funksiyasına və uşaqların sağlam böyüməsinə faydalıdır.
Şəha Qardaşova
DOĞRU.AZ




























