image-n1karobka_ads
image-123
image-1768166533_230982323backend

“Barselona” Superkubokun QALİBİ OLDU

image-ad_qayo_720x110px

“Barselona” futbol klubu tarixində 16-cı dəfə İspaniya Superkubokunu qazanıb.

Doğru.az xəbər verir ki, kataloniyalılar final görüşündə əzəli rəqibi “Real Madrid”i 3:2 hesabı ilə məğlub ediblər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “El Klasiko”da hesabı 36-cı dəqiqədə Rafinya açıb. Birinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Vinisius Junior “Real Madrid”in bərabərlik qolunu vurub. Lakin cəmi iki dəqiqə sonra Robert Levandovski “Barselona”nı yenidən hesabda önə çıxarıb.

Matçın gedişində Qonsalo Qarsiya əlavə olunmuş 6-cı dəqiqədə Madrid təmsilçisinin ikinci qoluna imza ataraq tarazlığı bərpa edib. Qarşılaşmada son sözü isə 73-cü dəqiqədə Rafinya deyib və onun qolu “Barselona”ya qələbə qazandırıb.

Beləliklə, kataloniyalılar İspaniya Superkubokunu 16-cı dəfə muzeylərinə aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki