image-2000x150px
image-1625749175-12backend

Baş nazir Azərbaycanın mədəniyyət naziri ilə görüşüb

image-728x90px

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov baş nazir İrakli Qaribaşvili ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüşdə bölgədəki vəziyyət nəzərdən keçirilib.

İ.Qaribaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.

Tərəflər Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunublar.

Hər iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət, gənclər və idman naziri Tea Tsulukiani də iştirak edib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki