Baş nazir Əli Əsədov daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportunun nümunəvi formasının təsdiq edilməsi barədə qərar imzalayıb.
Doğru.az xəbər verir ki, pasportlaşdırma Mədəniyyət Nazirliyi və əlaqədar dövlət qurumları tərəfindən həyata keçiriləcək.
Pasport vahid sənəd olub, abidələrin əsaslı təmir, bərpa və digər işlərində istinad sənədi kimi istifadə olunacaq.
Qaydalar tətbiq olunmadan əvvəl tərtib olunmuş pasportlar yeni qaydalara uyğun sayılır. Pasportlaşdırma xərcləri dövlət büdcəsi və digər qanuni mənbələr hesabına maliyyələşdirilir.
DOĞRU.AZ