İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişiklik edilib.
Doğru.az xəbər verir ki, bununla bağlı qərarı Əli Əsədov imzalayıb.
Qərara əsasən, həbs edilmiş şəxslərə, müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi şərtləri müəyyənləşdirilib.
Yeni qaydalara görə tibbi xidmətlər aşağıdakı hallarda göstəriləcək:
Müvafiq tibbi xidmətin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən göstərilməsi üçün zəruri tibbi avadanlıq və ya müvafiq sahə üzrə mütəxəssis olmadıqda;
Bir büdcə ili ərzində tibbi xidmət göstərilən məhkumların sayı 1500 nəfərdən çox olmadıqda;
Bir büdcə ili ərzində icbari tibbi sığorta fondu hesabına sığorta ödənişlərinin məbləği 200 min manatadək olduqda.
Qərara əsasən, tibbi xidmətlərin göstərilməsi zamanı təhlükəsizlik tədbirləri Ədliyyə Nazirliyi tərəfindən təmin ediləcək.
DOĞRU.AZ


























