image-2000x150px
image-123
image-ads_atlas
image-423611299backend

Baş nazirdən müavinət, təqaüd və kompensasiyalarla bağlı QƏRAR

image-728x90px

Baş nazir Əli Əsədov müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb. 

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunub.

Qərara əsasən, bu təqaüdün verilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

– əmək kitabçasının surəti;

– fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki