image-2000x150px
image-123
image-ads_atlas
image-1720164206579846108_1200x630backend

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək

image-728x90px

Baş prokuror Kamran Əliyev iyulun 12-də Daşkəsəndə vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev iyulun 12-də saat 10:00-da Daşkəsən Rayon Prokurorluğunun inzibati binasında Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Daşkəsən rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki