Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Prezident İlham Əliyevin vətəndaş məmnunluğu, hüquqların qorunması və ictimai xidmətlərin səmərəliliyinin artırılması ilə bağlı verdiyi tapşırıqlar çərçivəsində mayın 16-da Bakı şəhəri, Nizami Rayon Prokurorluğunun inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, qəbul saat 10:00-da başlayacaq və Nizami rayonunda yaşayan və ya müraciəti olan vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti, cinayət işləri və digər hüquqi məsələlərlə bağlı şikayət və təkliflərinin dinlənilməsi məqsədi daşıyır.
Vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı vasitələrdən istifadə edə bilərlər:
Nizami Rayon Prokurorluğuna birbaşa yazılı və ya şifahi müraciət
Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəsi
Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəsi
contact@prosecutor.gov.az elektron poçt ünvanı
Sosial şəbəkələrdə prokurorluğun rəsmi səhifələri (Instagram, Facebook, X)
Qəbulun əsas məqsədi vətəndaşların problemlərinin dinlənilməsi və mümkün qədər operativ şəkildə həllinə nail olmaqdır.
DOĞRU.AZ