Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev iyulun 18-də saat 10:00-da Zaqatala Rayon Prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax və Balakən rayonlarından olan sakinlərin müraciətlərini dinləyəcək.
Doğru.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, qəbulla bağlı vətəndaşların qeydiyyatı və Zaqatala şəhərinə gəlmələrinin təşkili yerli rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Qəbula yazılmaq istəyənlər yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət edə, həmçinin Baş Prokurorluğun (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az e-poçt ünvanı və ya sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
DOĞRU.AZ