image-2000x150px
image-600x400backend

Baş prokurorların Sankt-Peterburq görüşü baş tutdu – FOTO

image-728x90px

2021-ci ilin iyul ayının 6-9 tarixlərində Avropa Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və Rusiya Federasiyası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə “İnsan Hüquqlarına dair Avropa Konvensiyası çərçivəsində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorların rolu” mövzusunda Avropa dövlətlərinin Baş Prokurorlarının görüşü Sankt-Peterburqda, Rusiya Federasiyası prezidentinin iqamətgahında (Konstantinovski Sarayında) keçirilib.

Yüksək səviyyədə təşkil olunmuş bu tədbirin təntənəli açılış mərasimi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin video konfrans vasitəsilə çıxışı ilə başlayıb, sonradan Rusiyanın Baş Prokuroru İqor Krasnov, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti (Cənubi Koreyanın Baş Prokuroru) Cheol-Kyu Hvanq, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoru Kristos Qiakumopulos, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qaraqurbanlı, Avropa Prokurorlarının Məşvərətçi Şurasının prezidenti Antonio Noquera və Venesiya Komissiyasının Vitse-prezidenti Bazy-Malaurie açılış nitqləri ilə çıxış ediblər.

İqor Krasnov – Rusiya Federasiyasının Baş Prokuroru

Ölkə başçısının uğurlu xarici və səmərəli kadr siyasəti nəticəsində belə mötəbər tədbirin açılış mərasiminin Rusiya Federasiyası Prezidenti, digər beynəlxalq qurumların rəhbər şəxsləri ilə yanaşı CEPEJ-in rəhbəri qismində Azərbaycanlı hakim Ramin Qaraqurbanlı tərəfindən edilməsi sevindirici haldır.

Ramin Qaraqurbanlı, Cheol-Kyu Hvanq, Kristos Qiakumopulos, Antonio Noquera
Baş prokurorların iştirakı ilə keçirilən iclasda prokurorluğun statusu və səlahiyyətləri, Avropa Şurasının bu sahədə tövsiyələrinin, əsasən Nazirlər Komitəsinin “Prokurorların cinayət ədalət mühakiməsi sistemində rolu” Rec(2000)19 və “Prokurorların cinayət ədalət mühakiməsi sistemindən kənar rolu” Rec(2012)11 adlı sənədlərinin üzv dövlətlərdə tətbiqi vəziyyəti müzakirə olunub.

Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti  həmin iclasda iştirak edib, Baş prokurorun prokurorluq orqanlarında tətbiq edilən yeniliklər barədə çıxışları çox maraqla qarşılanıb, habelə nümayəndə heyətinin digər üzvlərinin də fəal iştirakı və prokurorluq orqanlarında aparılan uğurlu islahatlar yüksək qiymətləndirilib.

Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki