image-2000x150px
image-123
image-ads_atlas
image-originalbackend

Bayden Putinlə danışıqlar aparmağa hazırdır

image-728x90px

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada hərbi əməliyyatların dayandırılması imkanlarını müzakirə etməyə hazırdır. Lakin Moskvanın ilk növbədə müəyyən müvafiq qərarlar qəbul etməli olduğuna inanaraq, yaxın gələcəkdə belə təmasları planlaşdırmır.

Bu barədə Amerika lideri cümə axşamı Ağ Evdə mətbuat konfransında bildirib.

“Fakt budur ki, mənim yaxın gələcəkdə cənab Putinlə əlaqə saxlamaq fikrim yoxdur. Sözlərimi çox diqqətlə seçəcəyəm: Əgər Putin həqiqətən müharibəni bitirmək üçün bir yol tapmaqda maraqlıdırsa, onunla danışmağa hazıram. Lakin o, hələ bunu etməyib. Əgər belədirsə, o zaman NATO-dakı dostlarımla məsləhətləşərək, Putinin fikirlərini öyrənmək üçün onunla danışıqlar masası arxasında əyləşməkdən məmnun olaram”, – deyə Bayden bildirib.

O əlavə edib ki, ABŞ Ukrayna xalqını dəstəkləməlidir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki