image-ads_n1karobka_mobile
image-2023-05-05t164405z_1116101763_rc2bs0az09xy_rtrmadp_3_usa-biden-pic_32ratio_900x600-900x600-12705backend

Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

ABŞ prezidenti Co Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlamaq üzrədir, Politico qəzeti yazır.

Rəsmi mənbələr bildiriblər ki, Bayden bu barədə G7 sammitinin keçirildiyi Yaponiyada Ukrayna prezidenti Vladimir Zelenski ilə həftəsonu görüşündən sonra açıqlama verəcək.

Yeni yardım paketinə artilleriya mərmiləri, zirehli maşınlar və tank əleyhinə silahların daxil olacağı dəqiqləşib.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Şarl Mişel birgə mətbuat konfransı zamanı bəyan etmişdilər ki, Aİ G7 sammitində Ukraynaya hərbi yardımı genişləndirməkdə israr etmək niyyətindədir.

Mənbə: A haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki