image-2000x150px
image-123
image-ads_atlas
image-263d5ce6-aaab-4f09-b1e5-22c303fcd27b_w408_r1_sbackend

Bayden Zelenski ilə görüşüb

image-728x90px

ABŞ prezidenti Co Bayden bu ölkədə rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Ağ Evdə keçirilən görüşdə ABŞ dövlət başçısı Rusiyanın aqressiv davranışı qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

Görüşdən öncə Bayden Oval Kabinetdə jurnalistlərin qarşısına çıxıb. O, Ukraynanın müstəqilliyinin 30-cu ildönümünü qeyd edərkən ABŞ-la münasibətlərin önəmli bir nöqtədə olduğunu bəyan edib.

Həmçinin, Bayden Zelenski ilə Ukraynanın Avropaya daha sıx inteqrasiya olunması üçün demokratik islahatları davam etməsini və 60 milyon dollarlıq təhlükəsizlik paketini müzakirə edəcəklərini bildirib.

Prezidentlərin görüşü iki saatdan artıq davam edib.

Mənbə: “Haber Global”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki