Bəhruz Məhərrəmov:”Dövlətimiz əsgər və qazilərin yanındadır- FOTObackend

Bəhruz Məhərrəmov:”Dövlətimiz əsgər və qazilərin yanındadır- FOTO

Qəhrəmanlar diyarı kimi tanınan Biləsuvar rayonu 27 sentyabrda başlanan vətən müharibəsində bir daha qəhrəman oğlanları ilə tarix yazmağa nail oldu.

Doğru.az xəbər verir ki, Milli məclisin deputatı Bəhruz Məhərrəmov öz fezbuk hesabında bildirib. Vətən müharibəsinin başlandığı ilk gündən Biləsuvar rayonunda şəhid, qazi ailələri ilə mütəmadi əlaqədəyik. Lakin, hərbi vəziyyətin şərtlərini nəzərə alaraq mümkün qədər bu tip məlumatları yaymamışıq. Lakin, artıq aktiv hərbi əməliyyatların aparılmadığını nəzərə alaraq bu istiqamətdə seçmə paylaşımları məqbul hesab edirəm. Gündəlik iş qrafikimizə uyğun olaraq bu gün Vətən müharibəsinə 2 oğul yola salmış İlqar Rəhimov və oğlu, hazırda ev şəraitində müalicəsini davam edən qazimiz Anar Rəhimli ilə əlaqə saxladım. Ailənin digər övladı Sadiq isə hazırda xidmətini davam etdirir. Bu gün həmçinin, rayonun Nəsimikənd kənd sakini, Xocavənd istiqamətində qazi olmuş Gülağa Əzizov, habelə aprel döyüşlərinin iştirakçısı olmuş, ikinci Qarabağ müharibəsi qazisi, Bəydili kənd sakini İman Gözəlbəylinin anası Nərgiz xanım, eləcə də İsmətli kəndindən olan qazimiz Nərimanlı Sərxan Füzuli oğlu ilə əlaqə saxladıq, səhhət və qayğıları ilə maraqlandıq. Allah qazilərimizə şəfa versin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki