image-n1karobka_ads
image-123
image-68cd142302e8bd436e548c81backend

Belarus Polşa və Çexiya diplomatlarını çağırıb

image-ad_qayo_720x110px

Belarus Xarici İşlər Nazirliyi Polşa və Çexiya ilə münasibətləri müzakirə etmək üçün diplomatları ölkəyə çağırıb.

Doğru.az xəbər verir ki, Minskdə Polşanın müvəqqəti işlər vəkili Voyçex Filimonoviç Belarus-Polşa münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı geniş müzakirələr aparıb.

Bundan başqa, Çexiyanın Belarusdakı diplomatik missiyasının rəhbəri vəzifəsini icra edən Tomaş Kril Xarici İşlər Nazirliyinə çağırılıb və ona məlumat verilib ki, persona non-qrata elan edilib.

Daha əvvəl Belarusun xarici işlər naziri Maksim Rıjenkov Polşanın Belarusla sərhədi bağlamaq qərarını tənqid etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Polşanın Belarusa qarşı aqressiv və destruktiv mövqe tutduğunu qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki