image-2000x150px
image-123
image-ads_atlas
image-20111107_zaf_x99_196-pic905-895x505-17791backend

Belarus xarici iqtisadi fəaliyyəti davam etdirəcək

image-728x90px

Polşanın yük maşınlarının sərhədi keçməsinə qoyduğu qadağaya baxmayaraq, Belarus gömrüyü xarici iqtisadi fəaliyyəti inkişaf etdirmək üçün tədbirləri davam etdirəcək.

Bu barədə TASS məlumat yayıb.

“Belarus gömrüyü xarici iqtisadi fəaliyyətin inkişafı, nəqliyyatın mümkün olan maksimum rəsmiləşdirilməsi, gömrük nəzarətinin effektiv həyata keçirilməsi üçün bütün tədbirləri görməyə davam edəcək”, – məlumatda deyilir.

Bundan əvvəl bildirilmişdi ki, Polşa Daxili İşlər Nazirliyi iyunun 1-dən etibarən Rusiya və Belarusdan yük daşıyan yük maşınlarının ölkə sərhədindən keçidini bağlamaq niyyətindədir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki