image-n1karobka_ads
image-123
image-17197225423017766_1200x630backend

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

image-ad_qayo_720x110px

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Doğru.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Ramin Cəfərov saxlanılıb. Ona məxsus çantaya baxış zamanı 4 kiloqram 430 qram tiryək aşkar edilərək götürülüb. O, narkotiki sosial şəbəkədən tanış olduğu İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki