image-2000x150px
image-123
image-ads_atlas
image-xestexanabackend

Bərdədə qidadan zəhərlənən altı azyaşlının son durumu məlum oldu

image-728x90px

Bir neçə gün əvvəl Bərdə rayonunun Zümürxan kəndində qidadan zəhərlənən altı azyaşlı evə buraxılıb.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“16.06.2024-cü il tarixində 6 nəfər qidadan zəhərlənmə şübhəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, 2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki