image-n1karobka_ads
image-123
image-img-20250520-wa0116backend

Bəxtiyar Vahabzadənin ev muzeyinə Türk dünyasından ziyaret – FOTO

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunun verdiyi məlumata görə, 17 may 2025-ci il tarixində Fondun prezidenti Aktotı Raimkulova və Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamutkulov, Azərbaycanın tanınmış ictimai və siyasi xadimləri ilə birlikdə Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində yerləşən ev muzeyini ziyarət ediblər.

Ziyarət, Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən, AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Xalq şairinin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra ev muzeyində Bəxtiyar Vahabzadənin şəxsi əşyaları, əlyazmaları və zəngin ədəbi irsini əks etdirən eksponasiyalarla tanış olublar.

Tədbir zamanı şairin milli kimliyin, dilin və mədəniyyətin qorunması naminə apardığı mübarizəkar yaradıcılığı xüsusi vurğulanıb, onun Türk dünyasının mədəni irsinə verdiyi töhfələr qeyd edilib.

Ziyarət, ortaq Türk mədəni yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından simvolik əhəmiyyət daşıyıb.

DOĞRU.AZ

image-img-20250520-wa0115 image-img-20250520-wa0114 image-img-20250520-wa0113

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki