Beynəlxalq Gimnastika Federasiyası (FIG) 43 rusiyalı idmançının neytral status aldığını açıqlayıb.
Bu barədə FIG öz rəsmi saytında sənəd dərc edərək məlumat yayıb.
Siyahıya 17 rusiyalı bədii gimnast, 14 bədii gimnast və 12 batut tullanmaçısı daxil edilib.
Xatırladaq ki, FIG 2024-cü il yanvarın 1-dən Rusiya və Belarus gimnastlarının neytral statusda beynəlxalq yarışlarda iştiraka buraxıldığını elan edib.
Aprelin 5-də məlum olub ki, rusiyalı gimnastlar neytral statusda beynəlxalq yarışlarda iştirakdan imtina etdiklərini bəyan ediblər.
DOĞRU.AZ