Türkiyə Maarif Vəqfi ilə “TEKNOFEST”in təşkilatçısı olan “T3 Vəqfi” arasında imzalanan protokol çərçivəsində Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik” kampusunda “Bilim Maarif” adlı elmi-tədris atelyesi fəaliyyət göstərir.
Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün məlumat verib.
Səfir qeyd edib ki, atelye uşaqların texnologiya, robototexnika və rəqəmsallaşma sahəsində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib və bu təşəbbüs həm unikal, həm də gələcək üçün strateji əhəmiyyət daşıyır.
Birol Akgünün sözlərinə görə, bu elmi məkan həm Maarif Vəqfinin məktəblərində təhsil alan şagirdlər, həm də Bakının müxtəlif məktəblərindən olan istedadlı uşaqlar üçün açıqdır. Şagirdlər burada müasir texnologiyalardan istifadə edərək bacarıqlarını təkmilləşdirə bilərlər.
Səfir əlavə edib:
“Biz yalnız siyasi deyil, elmi və təhsil sahələrində də əməkdaşlığın.
DOĞRU.AZ