image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1618233142297backend

“Bilirdilər ki, nə qədər ki, Heydər Əliyev vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın”

image-728x90px

“30 il ərzində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl, daha dəqiq desəm, 1987-ci ildə başlamışdı”.

“Doğru.az”-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.

Dövlət başçısı deyib ki, 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən, o cümlədən “Politbüro” üzvü vəzifəsindən uzaqlaşdırılaraq, ermənilərin əlinə fürsət düşdü: “Onlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından 2 həftə keçməmiş bir erməni millətçisi, Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan Fransada olarkən, Fransa qəzetinə müsahibə verərkən demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. 1987-ci ildə! Heydər Əliyevin dövrünə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə də dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər ki, nə qədər ki, o, vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, Azərbaycana rəhbərliyi dövründə 1970-1980-ci illərdə bütün separatçı meyllərin qarşısı yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Bundan sonra biz yaxşı xatırlayırıq ki, hansı proseslər baş vermişdi. Faktiki olaraq, Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar, xüsusi İdarəetmə Komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi, o da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq o vaxtdan bizim problemlərimiz başlamışdı. Azərbaycana qarşı o vaxt çirkin informasiya kampaniyası aparılırdı. Bütün bunları yaşlı nəsil yaxşı xatırlayır. Müstəqillik əldə olunandan sonra nələr baş verdi? Müstəqillikdən 4 ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və SSRİ-nin 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi, dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki